Avstraliyalı müşahidəçilər: “Seçkilər şəffaf keçirildi”
2 Noyabr 2015 13:41 SiyasətSeçkilər ədalətli, şəffaf və demokratik şəraitdə keçdi. Avstraliya müşahidə missiyasının rəhbəri Lyuk Simpkins keçirdiyi mətbuat konfrasında belə deyib. Onun sözlərinə görə, müşahidələri həm paytaxt Bakıda,həm də Gəncədə aparıblar. "Avstraliya nümayəndə heyəti 6 nəfərdən ibarət idi. Gün ərzində 20 məntəqədə müşahidə apardıq. Bizdən fərqli olaraq sizdə seçicilər məntəqələrə könüllü şəkildə gəlirlər. Bizdə isə səsvermə məcburidir",- avstraliyalı müşahidəçi bildirib. Nümayəndə heyətinin üzvü Devid Conston isə 9 məntəqədə müşahidə apardığını deyib: "Məntəqələrin heç birində qanun pozuntuları ilə bağlı şikayətə rast gəlmədim. Seçkilər səffaf, ədalətli və demokratik prinsiplərə uyğun keçirildi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00