İƏT: Parlament seçkilərı şəffaf keçirilib
2 Noyabr 2015 13:39 SiyasətParlament seçkilərı şəffaf, beynəlxalq kriteriyalara uyğun keçirilib. Secki-2015.az saytına açıqlamasında İslam Əməkdaşlıq Təşkilatının müşahidə missiyasının rəhbəri Həbib Kaabaçi belə deyib. O Bakıda yerləşən bir çox seçki məntəqələrində müşahidə apardıqlarını bildirib: "Olduğumuz seçki məntəqələrində seçici aktivliyinin yüksək olduğunu gördük. Seçkilər sülh şəraitində keçirilib və beynəlxalq standartlara cavab verir: " Biz inanırıq ki, bu seçki Azərbaycanın demokratik prinsiplərinə bir töhfə verəcək". O, seçkilərin uğurlu keçməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00