Slovakiya parlamentinin üzvləri: “Seçkilərdə nöqsana rast gəlmədik”

"Ötən gün paytaxtın bir çox məntəqələrində olduq, səsvermə prosesini izlədik. Heç bir nöqsana və ciddi səhvə rast gəlmədik". Secki-2015.az saytının xəbərin görə, bunu Slovakaya parlamentinin üzvü Vilyam Yossan yekun mətbuat konfransında belə deyib. O, Azərbaycan xalqına uğurlar arzu edərək bildirib ki, seçki çox şəffaf və demokratik prinsiplərə uyğun keçdi".

Slovakaya Parlamentinin üzvü Edita Fundtner isə bildirib ki, seçki çox nizamlı keçib."Mən 2005-ci ildən seçkiləri müşahidə edirəm. Slovakiya Mərkəzi Seçki Komissiyasının da üzvü olmuşam. Dünənki seçki prosesində hər hansı nöqsan olmadı"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00