Məzahir Pənahov: Seçkilərdə liderlik edən namizədlər arasında 10 siyasi partiyanın nümayəndələri var
2 Noyabr 2015 13:35 Siyasət"Milli Məclisə seçkilərdə səslərin sayına görə liderlik edən namizədlər arasında 10 siyasi partiyanın nümayəndələrinin adları var". Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkilərin nəricələrinə həsr edilmiş mətbuat konfransında deyib. M.Pənahov bildirib ki, ötən parlament seçkiləri ilə müqayisədə səslərin sayına görə liderlik edənlər arasında ümumilikdə 27 nəfər yeni nümayəndənin adı var. MSK sədri qeyd edib ki, səslərin sayına görə liderlik edənlər arasında 124 nəfər ali təhsilli, bir nəfər orta təhsilli var.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 890 mindən çoxu seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur. Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.