Çexiya müşahidəçiləri seçki prosesini yüksək qiymətləndirdilər
2 Noyabr 2015 12:56 SiyasətÇexiya müşahidəçiləri seçki prosesini yüksək qiymətləndiriblər. Seçki-2015.az saytı xəbər verir ki, noyabrın 1-də ölkəmizdə keçirilən parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana müşahidəçi gəlmiş Çexiya Parlamentinin üzvləri Milan Sarapatka, Stanislav Berkeveç və Vatslav Snopek bu gün mətbuat konfransı keçiriblər. Çexiya parlamentariləri 10-a qədər məntəqədə müşahidə etdiklərini və heç bir qanun pozuntusuna şahid olmadıqlarını bildiriblər. Jurnalistlərin suallarına cavab verən parlamentarilər Bakıda olduqlarından məmnunluq ifadə ediblər. Onlar Azərbaycanın hərtərəfli inkişaf etdiyini, ölkəmizdə demokratik mühitin mövcudluğunu vurğulayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00