Almaniyalı müşahidəçilər- Azərbaycanda ədalətli, demokratik və bərabər seçki təmin olundu
2 Noyabr 2015 12:50 SiyasətAlmaniya ictimai- siyasi xadimlərindən ibarət qrup seçkiləri tam diqqətlə müşahidə etdi. Azərbaycanda ədalətli, demokratik, şəffaf və bərabər seçki keçrildi. Secki-2015.az saytının xəbərinə görə, bunu keçirdikləri mətbuat konfransında müşahidə qrupunun rəhbəri Eduard Lintner bildirdi.
Onun sözlərinə görə, bütün seçki məntəqələrində nümayəndə heyətinin üzvləri seçkiləri çox diqqətlə izləyiblər. Seçki məntəqələrində və ətrafında apardığımız müşahidələr zamanı heç bir ciddi qanun pozuntusu qeydə alınmadı. Nümayəndə heyətinin üzvləri demokratik qaydaların pozulması və ya ümumiyyətlə hər hansı zorakılıq halları müşahidə etməyib. Almaniya nümayəndə heyətinin bütün üzvləri parlament seçkilərinin demokratik keçdiyinə əmindir. Azərbaycan bu seçkilərdə beynəlxalq demokratik standartlara doğru növbəti addım atdı".
Qeyd edək ki, müşahidə qrupu 11 üzvdən ibarətdir. Bu üzvlərə Alman Bundestaqının, Bavariya Parlamentinin üzvləri və sabiq parlamentarilər, Alman Federal hökuməti və Bavariya Əyaləti hökumətinin sabiq deputatları daxildirlər.