Avstriyalı parlamentari: “Seçkilərdə hər hansı nöqsana rast gəlmədik”
2 Noyabr 2015 12:41 Siyasət"Müşahidə apardığımız məntəqələrdə hər hansı qanun pozuntusuna rast gəlmədik". Secki-2015.az saytı xəbər verir ki, Avropa Parlamentinin Avstriyadan olan üzvü Frans Obermayer belə deyib. "7 seçki məntəqəsində müşahidə apardım. Orada hər hansı qanun pozuntusuna rast gəlmədim. Müşahidələrimin yekunu olaraq deyə bilərəm ki, seçkilər şəffaf keçirildi",- deyə, Avstriyalı parlamentari bildirib. O hesab edir ki, təqdirəlayiq hallardan biri də qadın namizədlərin sayının çoxluğu və seçici fəallığıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00