Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin sayılması başa çatıb
2 Noyabr 2015 12:29 SiyasətNoyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 125 seçki dairəsi üzrə 5547 məntəqənin hesabat verməsi və bülletenlərin sayılması prosesi yekunlaşıb. APA-nın Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, daxil olan 5547 protokol üzrə 2 milyon 894 min 515 bülleten sayılıb.
Xatırladaq ki, Milli Məclisə seçkilərdə 5 milyon 198 min 658 seçicidən 2 milyon 894 min 515 seçici səs verib, seçici fəallığı 55,7 faiz olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00