MDB müşahidə missiyası seçkiləri azad və şəffaf qiymətləndirib

"Azərbaycanda keçirilən parlament seçkiləri azad və şəffaf keçirildi. Seçki kampaniyası ümumi qəbul edilmiş normalara uyğun aparılıb". Secki-2015.az saytı xəbər verir ki, bu barədə MDB-nin qısamüddətli müşahidə missiyasının rəhbəri Sergey Lebedev keçirdiyi yekun mətbuat konfransında belə deyib. O bildirib ki, müşahidə missiyası ölkə üzrə 1007 məntəqədə səsvermə prosesini izləyib. Lebedev hesab edir ki, ötən illərlə müqayisədə bu dəfəki seçkilərdə həm elektoratın, həm də seçki komissiyası üzvlərinin savadlılığı daha da artıb:"Bəzi xırda nöqsanların qarşısı isə dərhal alınırdı". Yerli müşahidəçilərin sayının artmasını müsbət hal kimi dəyərləndirən S.Lebedev bildirib ki, hər məntəqədə ən azı 10 müşahidəçi səsvermə prosesini izləyib. Missiya rəhbəri veb-kameralar quraşdırılan məntəqələrin sayının artmasını, həmçinin seçici fəallığını xüsusi vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00