Britaniyalı müşahidəçilər: Parlament seçkiləri demokratik şəraitdə keçdi

Azərbaycanda parlament seçkilər şəffaf və demokratik şəkildə keçdi. Secki-2015.az xəbər verir ki, bu sözləri noyabrın 2-də keçirilmiş mətbuat konfransında parlament seçkilərini müşahidə edən Böyük Britaniyanın Lordlar Palatasının nümayəndələri səsləndiriblər.

Böyük Britaniyanın Lordlar palatasının üzvü Deyvis Evans beş il əvvəl Azərbaycanda keçirilən parlament seçkilərində də müşahidəçi kimi iştirak etdiyini deyib. Builki seçkilərin çox yaxşı təşkil olunduğunu bildirən D.Evans qeyd edib ki, səsvermənin şəffaflığı və təhlükəsizliyin yüksək səviyyədə təmini olduqca təqdirəlayiq haldır.

Böyük britaniyalı digər müşahidəçi Baronessa Detta O'Kateyn vurğulayıb ki, baş çəkdikləri bütün səsvermə məntəqələrində seçkilərə ciddi münasibətin şahidi olublar: "İnsanların iki dəfə səsverməsinin qarşısını alan barmaqların mürəkkəbə batırılması çox yaxşı haldır. Hər şey nizam-intizamla həyata keçirilirdi. Seçicilər sərbəst şəkildə məntəqəyə daxil olur, səslərini verirdilər. Müşahidə etdiyimi əsas xüsusiyyətlərdən biri həm məntəqə işçilərinin, həm də seçicilərin əksəriyyətinin qadınlardan ibarət olması idi. Azərbaycanda insanlar səsvermədə fəal iştirak edir, onlara verilən bu hüququ yüksək qiymətləndirirlər. Ölkənizin 20 il ərzində əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilməlidir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00