QDİƏT PA: Azərbaycan beynəlxalq standartlara uyğun seçki keçirib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Asambleyasının (QDİƏT PA) müşahidə missiyası Azərbaycanda parlament seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Secki-2015.az saytının xəbərinə görə, QDİƏT PA-nın baş katibi Asəf Hacıyev parlament seçkilərinin şəffaf və demokratik şəraitdə keçdiyini bildirib. QDİƏT PA-nın vitse-prezidenti, Yunanıstan parlamentinin üzvü Symeon Kedikoglu seçki sahəsində kifayət qədər təcrübəsinin olduğunu bildirib. Onun sözlərinə görə,  1989-cu ildən müxtəlif dövlətlərdə keçirilən seçkilərdə müşahidəçi kimi iştirak edib: "Bakıda olduğumuz 3 gün ərzində həm seçkiyə hazırlıq prosesi ilə tanış olduq, həm də səsvermə prosesini izlədik. Səsvermə prosesinə hər hansı müdaxilə olmayıb, seçki normal keçib". QDİƏT PA-nın üzvü, Bolqarıstan Parlamentinin İqtisadiyyat və turizm komitəsinin sədri Petar Georgiev Kanev  qeyd edib ki, seçkilər yüksək səviyyədə təşkil olunub: "Azərbaycan Avropa standartlarına uyğun seçki keçirib". QDİƏT PA-nın vitse-prezidenti, Serbiya parlamentinin vitse-spikeri İqor Becic də hesab edir ki, seçkilər zamanı heç bir qanun pozuntusu olmayıb: "Seçkilər tam demokratik şəraitdə keçirilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00