Avstriya parlamentinin vitse-prezidenti: Azərbaycanda parlament seçkiləri dünya standartlarına tam uyğun idi

Azərbaycanda parlament seçkiləri dünya standartlarına tam uyğun idi. Trend-in məlumatına görə, bunu Avstriya parlamentinin vitse-prezidenti Volfqanq Qrossruk (Seçkilərin müşahidə üzrə Avropa Akademiyası nümayəndə heyətinə daxildir) Azərbaycanda parlament seçkilərinə həsr olunmuş mətbuat konfransında deyib. Vitse-prezident bildirib ki, müxtəlif Avropa institutlarından 12 ekspert seçki prosesini müşahidə edirdi: "Müşahidəçilərin çoxu seçkilərdən bir neçə gün əvvəl Azərbaycana gəliblər və buna görə də seçkiqabağı kampaniyanın gedişi ilə tanış ola bilməyiblər. Lakin qeyd etmək istəyirəm ki, ümumilikdə seçkilər yüksək səviyyədə keçirilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00