YAP-ın yeni deputatları onlar oldu - SİYAHI

Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Beləliklə V çağırış Milli Məclisin tərkibinə daxil olan yeni deputatlardan 17-si hakim Yeni Azərbaycan Partiyasının (YAP)  üzvləridir.

Modern.az saytı YAP-ın yeni namizədlərinin kimliyini araşdırıb. Beləliklə, Milli Məclisin yeni YAP-çı deputatları onlar oldu:

6 saylı Culfa-Babək seçki dairəsi - Həmzəyeva Ülviyyə Tapdıq qızı (1982-ci il təvəllüdlü) -
İş yeri və vəzifəsi: Naxçıvan MR Rəssamlıq Birliyinin sədri.

9 saylı Binəqədi ikinci seçki dairəsi - Qafarov Kəmaləddin Nəsrəddin oğlu (1976-cı il təvəllüdlü) - İş yeri və vəzifəsi: Milli Onkologiya Mərkəzinin Baş direktorunun müavini.

11 saylı Qaradağ seçki dairəsi - Hüseynov Aydın Nəsir oğlu (1962-ci il təvəllüdlü) - İş yeri və vəzifəsi: Səbail rayon Maliyyə idarəsinin rəisi.

19 saylı Nərimanov birinci seçki dairəsi - Məmmədov Hikmət Baba oğlu (1966-cı il təvəllüdlü) - İş yeri və vəzifəsi: Yeni Azərbaycan qəzetinin baş redaktoru

27 saylı Sabunçu ikinci seçki dairəsi - Cəbrayılova Dilarə Məmmədağa qızı (1971-ci il təvəllüdlü) - İş yeri və vəzifəsi: 295 saylı məktəbin direktoru.

37 saylı Nizami (Gəncə) birinci seçki dairəsi - Kərimzadə Pərvin Orxan qızı (1975-ci il təvəllüdlü) - İş yeri və vəzifəsi: Gəncə Dövlət Universitetinin prorektoru.

38 saylı Nizami (Gəncə) ikinci seçki dairəsi - Həmzəyev Naqif Ələşrəf oğlu (1983) - İş yeri və vəzifəsi: Gəncə şəhər İHB-nin I müavini.

41 saylı Sumqayıt birinci seçki dairəsi - Xəlilov Mirzəcan Mirzəmməd oğlu (1954-cü il təvəllüdlü) - İş yeri və vəzifəsi: "Azərsutəchizattikinti" ASC-nin sədri.

42 saylı Sumqayıt ikinci seçki dairəsi - Mirkişili Tahir Famil oğlu (1977-ci il təvəllüdlü) - İş yeri və vəzifəsi: İqtisadiyyat və Sənaye nazirinin müşavir.

55 saylı Xaçmaz şəhər seçki dairəsi - Səlimov Eldəniz Adil oğlu (1976-cı il təvəllüdlü) - İş yeri və vəzifəsi: Xaçmaz RİHB-in Xaçmaz şəhəri üzrə nümayəndəsi.

63 saylı Sabirabad birinci seçki dairəsi - Quliyev Elçin Bəybala oğlu (1960-cı il təvəllüdlü) - İş yeri və vəzifəsi: Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin aparat rəhbəri.

77 saylı Astara seçki dairəsi - Mahmudov Rəşad Məmmədqulu oğlu (1974) - İş yeri və vəzifəsi: Neftçilər xəstəxanasının şöbə müdiri.

89 saylı Göyçay-Ağdaş seçki dairəsi - Nəsirov Elman Xudam oğlu (1968) - İş yeri və vəzifəsi: AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru.

91 saylı Ucar seçki dairəsi - Hüseynov Vüsal Əfqan oğlu (1980-ci il təvəllüdlü) - İş yeri və vəzifəsi: Prezident Administrasiyasının məsləhətçisi.

99 saylı Şəmkir kənd seçki dairəsi - Əliyeva Sona Sakit qızı (1980-ci il təvəllüdlü) - İş yeri və vəzifəsi: Şəmkir RİHB-in müavini.

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi - Bayramov Kamran Fərhad oğlu (1979-cu il təvəllüdlü) - İş yeri və vəzifəsi: Prezident Administrasiyasının sektor müdiri.

109 saylı Balakən seçki dairəsi - Məhəməliyev Nəsib Məhəmməd oğlu (1961-ci il təvəllüdlü) - İş yeri və vəzifəsi: Müvəqqəti işləmir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00