Rusiya mətbuatı Azərbaycanda uğurla keçirilən parlament seçkilərindən yazıb
2 Noyabr 2015 09:00 Siyasət"Seçkilər" Media Mərkəzi - Rusiyanın tanınmış informasiya agentlikləri Azərbaycanda baş tutmuş parlament seçkiləri haqqında yazıb. Secki-2015. az saytının xəbərinə görə, Rusiyanın RBK, RİA- Novosti, TASS, İnterfaks, Lenta.ru agentliklərində yer alan yazıda bildirilib ki, Azərbaycandakı seçkilərin sakit və hakim Yeni Azərbaycan Partiyasının inkar edilməz üstünlüyü başa çatıb.Rusiyanın tanınan MİR-24 telekanalı qeyd edib ki, seçkiləri 503 beynəlxalq və 66 min yerli müşahidəçi izləyib. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun açıqlamasından sitat gətirən kanal vurğulayıb ki, Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə və ölkə qanunvericiliyinə uyğun keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00