MSK: 2 milyon 600 min 730 bülleten sayılıb

Bu gün Milli Məclisə keçirilən V çağırış seçkilərlə əlaqədar indiyə qədər 125  seçki dairəsi üzrə 4841 məntəqə hesabat verib.

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzindən APA-ya verilən məlumata görə, 4841 protokol daxil olub,  2 milyon 600 min 730 bülleten sayılıb.

Xatırladaq ki, respublika üzrə  2 milyon 897 min 188 seçici səs verib, seçici fəallığı 55,7   faiz olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00