MDB müşahidəçiləri: “Seçkilər qanunvericiliyə uyğun şəkildə keçirilib”

"Seçkilər" Media Mərkəzi - Azərbaycanda parlament seçkilərində müşahidə aparmış MDB müşahidə missiyasının üzvləri heç bir qanun pozuntusu ilə qarşılaşmadıqlarını açıqlayıblar.

Secki-2015.az saytı xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının əlaqələndiricisi, MDB müşahidə missiyasının üzvü Sergey Danilenko seçkilərin qanunvericiliyə uyğun şəkildə keçirildiyini bildirərək deyib: "Azərbaycanın müxtəlif ərazilərində seçki məntəqələrində müşahidələr apardıq. Mən və həmkarlarım seçkilərin sakit şəkildə keçdiyini müşahidə etdik, qanunvericiliyə zidd hər-hansı hadisənin şahidi olmadıq".

Komissiyaların işinin yaxşı təşkil edildiyini bildirən Sergey Danilenko deyib: "Kifayət qədər insanın olmasına baxmayaraq, məntəqələrdə növbələr yox idi. Çünki seçici siyahıları düzgün tərtib edilmişdi".

Şamaxı, İsmayılı kimi dağlıq rayonlarda səsvermə prosesini izləyən Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov isə səsvermənin bütövlükdə normal getdiyini, ciddi qanun pozuntusunun qeydə alınmadığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00