Müşahidəçi: Azərbaycanda parlament seçkiləri ABŞ-dakından daha yaxşı təşkil edilib
1 Noyabr 2015 23:28 SiyasətAzərbaycanda parlament seçkiləri ABŞ-dakından daha yaxşı təşkil edilmişdi.
Trend-in məlumatına görə, bu barədə "Tool Shed Group"un rəhbəri, Amerika Yəhudi Komitəsinin ictimaiyyətlə əlaqələr üzrə keçmiş rəhbəri Ceyson Kats deyib Bakıda mətbuat konfransında deyib.
O bildirib: "Azərbaycanda keçirilən parlament seçkiləri çox xoşuma gəldi. Seçkilər çox şəffaf idi. Hesab edirəm ki, seçkilər yüksək səviyyədə keçirilib".
C.Kats seçki komissiyalarının üzvlərinin yaxşı hazırlığını qeyd edib: "Seçki məntəqələrində polisin olmaması da çox vacibdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00