Rusiya mətbuatı Azərbaycandakı seçkilərin başa çatmasından yazıb
1 Noyabr 2015 22:59 Siyasət"Seçkilər" Media Mərkəzi - "Azərbaycanda parlament seçkiləri başa çatıb və bütün məntəqələr yerli vaxtla saat 19:00-da bağlanıb". Seçki-2015.az saytı xəbər verir ki, bu barədə Rusiyanın İTAR- TASS informasiya agentliyi yazır.
Rusiya mətbuatına görə,125 dairə üzrə 5547 məntəqədə artıq deputatlığa namizədlərə verilmiş səslər hesablanmağa başlayıb.
Qeyd edilir ki, şəffaf səsvermə qutuları yerli və xarici müşahidəçilərin, eləcə də KİV nümayəndələrinin nəzarəti altında açılır və bu proseslə maraqlanan şəxs min məntəqədə quraşdırılmış veb-kameralar vasitəsilə internetdən izləyə bilər.
Sayt onu da qeyd edir ki, qanunvericiliyə görə, MSK-ya son nəticələr üçün 20 gün vaxt verilir. Məhz bundan sonra rəsmi nəticələr təsdiq üçün Konstitusiya məhkəməsinə göndərilir.