“Rəy” Monitorinq Mərkəzi “exit-poll”un nəticələrini açıqladı - SİYAHI
1 Noyabr 2015 22:58 Siyasət"Seçkilər" Media Mərkəzi - "Rəy" Monitorinq Mərkəzinin direktoru Rizvan Abbasov "Seçkilər" Media Mərkəzində mətbuat konfransı keçirib. Secki-2015.az saytı xəbər verir ki, Mərkəz V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə bağlı "exit-poll"un nəticələrini açıqlayıb.
R.Abbasov bildirib ki, "Rəy" Monitorinq Mərkəzinin "exit-poll" təcrübəsi var. Onun sözlərinə görə, Mərkəz bundan əvvəl prezident və IV çağırış parlament seçkilərində sorğu keçirib.
Budəfəki seçkilərdə Mərkəz 10 seçki dairəsi üzrə 60 seçki məntəqəsində "exit-poll" keçirib.
R. Abbasovun sözlərinə görə, "exit-poll" Bakı və Sumqayıt şəhərlərini əhatə edib.
O deyib ki, "exit-poll"un keçirilməsinə 100-dən artıq kadr cəlb olunub: "Kadrlar könüllülük prinsipləri əsasında fəaliyyət göstərib".
"Exit-poll"un nəticələrinə görə, 8 saylı Binəqədi 2-ci seçki dairəsində 52,3 faiz seçici aktivliyi olub. Həmin dairədən Azay Quliyev 65,4 faiz səslə qalib gəlib.
16 saylı Yasamal 2-ci seçki dairəsində Aytən Mustafayeva 8.9 faiz səslə qalib gəlib. Seçici aktivliyi 53.1 faiz olub.
20 saylı Nərimanov 2-ci seçki-dairəsində Adil Əliyev 65.1 faiz nəticə ilə qalib gəlib. Seçici aktivliyi 44.9 faiz olub.
27 saylı Sabunçu 2-ci seçki dairəsində Dilarə Cəbrayılova 59.9 faiz səslə qalib gəlib. Seçici aktivliyi 50.2 faiz olub.
29 saylı Səbail seçki dairəsində Şəmsəddin Hacıyev 63.2 faiz nəticə ilə qalib gəlib. Seçici aktivliyi 51.8 faiz olub.
34 saylı Xətai 2-ci seçki dairəsində Fuad Muradov 62.5 faiz səslə qalib gəlib. Seçici aktivliyi 48.4 faiz olub.
41 saylı Sumqayıt 1-ci seçki dairəsində Mirzəcan Xəlilov 58.1 faiz nəticə ilə qalib gəlib. Seçici aktivliyi 49.5 faiz olub.
42 saylı Sumqayıt 2-ci seçki dairəsində Tahir Mirkişili 55.7 faiz nəticə ilə qalib gəlib. Seçici aktivliyi 47.9 faiz olub.
43 saylı Sumqayıt 3-cü seçki dairəsində Muxtar Babayev 63.6 faiz nəticə ilə qalib gəlib. Seçici aktivliyi 48.8 faiz olub.
44 saylı Sumqayıt - Xızı seçki dairəsində Hacı Salayev 64.9 faiz səslə qalib gəlib. Seçici aktivliyi 48.6 faiz olub.
Qeyd edək ki, "exit-poll"da 7 mindən çox seçici iştirak edib.