Amerikalı müşahidəçi: Azərbaycanda parlament seçkilərində yüksək seçici fəallığı müşahidə edildi

Azərbaycanda parlament seçkilərində yüksək seçici fəallığı müşahidə edilib. Trend-in məlumatına görə, bunu ABŞ-ın sabiq konqresmeni, müşahidəçi Solomon Ortis mətbuat konfransında deyib.Onun sözlərinə görə, Azərbaycanda parlament seçkiləri beynəlxalq hüquq normalarına uyğun keçirilib: "Amerikalı müşahidəçilərdən ibarət qrup (AOG - red.) Bakıda və regionlarda 125-dən çox məntəqədə seçkilərin gedişini izləyib".S.Ortiz qeyd edib ki, AOG müşahidə prosesində seçkilərin şəffaf, düzgün və azad keçirildiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00