Əli Əhmədov: Azərbaycanda növbəti parlament seçkiləri baş tutdu

Azərbaycanda növbəti parlament seçkiləri baş tutdu. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibi Əli Əhmədov partiyanın qərargahında keçirilən mətbuat konfrasında deyib. Ə.Əhmədov bildirib ki, Azərbaycanda parlament seçkiləri ədalətli və şəffaf keçib: "Azərbaycan vətəndaşları seçkilərdə fəal iştirak edib. İlkin nəticələrə görə, seçicilərin 55 faizindən çoxu səsvermədə iştirak edib. Hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb. Bu da Azərbaycanda seçkinin demokratik və şəffaf keçdiyini göstərir". Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının seçkilərdə böyük şansları var: "İnanırıq ki, bizim irəli sürdüyümüz namizədlər böyük uğur qazanacaqlar. Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermənin ilkin nəticələri ilə bağlı səhərə qədər yoxlama aparılacaq və "exit-poll"un nəticələrinə uyğun olduğu üzə çıxacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00