ABŞ şirkəti Azәrbaycanda parlament seçkilәrindә apardığı "exit-poll"un nәticәlәrini açıqlayıb

ABŞ-ın tanınmış sorğu firması "Arthur J. Finkelstein & Associates" Azәrbaycanda keçirilmiş parlament seçkilәrindә sәsvermә ilә bağlı apardığı "exit-poll"un nәticәlәrini açıqlayıb. APA-nın mәlumatına görә, şirkərin təmsilçisi Corc Brimbaun bildirib ki, "exit-poll" sorğusu 118 dairәdә keçirilib. 2000 әmәkdaş sorğuya cәlb olunub. 7000-ә yaxın sorğu baş tutub. Sorğuda birincilik qazananlardan 65-i YAP üzvüdür. Qalan dairələrdən 53-də müstәqil namizәdlәr, digərlərində isə müxtəlif partiyaların üzvlәri irəlidədir. YAP partiya olaraq 74 faiz sәs göstәricisi ilә öndәdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00