Ombudsman: Bizə şikayət daxil olmayıb

"Milli Məclisə seçkilər başlayandan etibarən Bakıda və rayonlarda seçkiləri müşahidə etmişik, bizə hər hansı bir şikayət daxil olmayıb". Secki-2015.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ombudsman Elmira Süleymanova deyib.

"Biz yalnız seçkiləri müşahidə etməmişik, həmçinin seçicilərlə söhbət aparmışıq, müşahidəçilərlə görüşmüşük, "exit-poll" keçirənlərlə danışmışıq. Bizə hər hansı şikayət daxil olmayıb" ,- deyə Ombudsman qeyd edib.

E.Süleymanova cəzaçəkmə müəssisələri və hərbi hissələrdə səsvermə zamanı da heç bir pozuntu halına rast gəlmədiklərini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00