Seçici fəallığı 55,7 faiz təşkil edib

İlkin məlumata görə, Milli Məclisə seçkilərdə 2 897 188 seçici səs verib. Secki-2015.az saytı xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov Milli Məclisə seçkilərlə bağlı saat 19:00-a olan məlumatı açıqlayarkən deyib. Onun sözlərinə görə, parlament seçkilərində seçici fəallığı 55,7 faiz təşkil edib.

Qeyd edək ki, səsvermə saat 19:00-da bitib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00