MSK: Seçkiləri baş tutmuş hesab etmək olar

"Seçkilərin azad və şəffaf keçirilməsi təmin edilib. Seçicilər səsvermədə aktiv iştirak ediblər". Secki-2015.az saytı xəbər verir ki, MSK sədrinin müavini Natiq Məmmədov belə deyib. O bildirib ki, beynəlxalq müşahidəçilər də seçki prosesindən razı qalıblar. Onun sözlərinə görə, veb-kameralar vasitəsilə də hər hansı pozuntu qeydə alınmayıb.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edib. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00