Maykl Hankok: “Qadınların seçkidə iştirakı təqdirəlayiqdir”

"Azərbaycanda keçirilən parlament seçkilərinin şəffaf, azad və ədalətli olduğunu düşünürəm". Bu fikirləri Secki-2015.az saytına Birləşmiş Krallıq Parlamentinin üzvü olan Maykl Hankok deyib. Müşahidə missiyasına yaxından bələd olduğunu, Avropa Şurası və BMT-nin müşahidə missiyalarında iştirak etdiyini, bu sahədə kifayət qədər təcrübəsinin olduğunu vurğulayan Maykl Hankok söyləyib ki, Azərbaycanda seçki sistemi yüksək səviyyədədir: "Qadınların seçkidə iştirakı təqdirəlayiqdir. Onlar həm seçici, həm də müşahidəçi kimi seçkinin vacib tərkib hissəsini təşkil edirlər. Azərbaycan xalqı istədiyi seçki nəticəsinin şahidi olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00