Almaniyalı müşahidəçi: “Seçici fəallığı yüksəkdir”

"Müşahidəçilərdən hər hansı birinin problem müşahidə etdiyini görmədik". APA-nın xəbərinə görə, bu barədə Almaniyadan olan müşahidəçi Yurqen Heyke bildirib. "5 il əvvəl Azərbaycanda seçkini müşahidə etmişdik. O zaman bizim rəsmilər və müşahidəçilər arasında problemlər yaşanmışdı. Amma bu dəfə biz müşahidəçilərdən hər hansı birinin problem müşahidə etdiyini görmədik. Hər şeyin qaydasında olduğu bildirildi", - deyə almaniyalı müşahidəçi əlavə edib. Y. Heyke seçici fəallığının yüksək olduğunu da bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00