MDB müşahidə missiyasının üzvü: “Səsvermə prosesi demokratik şəkildə keçirildi”
1 Noyabr 2015 19:30 Siyasət"Müşahidə apardığımız məntəqələrdə yüksək seçici fəallığının şahidi olduq. Bu da vətəndaşların öz konstitusion hüquqlarından azad şəkildə istifadə etməsi anlamına gəlir". Bunu Seçki-2015.az-a açıqlamasında MDB müşahidə missiyasının üzvü İmaməli İmaməliyev deyib. Müşahidəçi Bakı şəhərində 15 məntəqədə səsvermə prosesini izlədiyini diqqətə çatdırıb: "Baş çəkdiyimiz bütün məntəqələrdə söhbət zamanı nə siyasi partiya nümayəndələri, nə də seçicilər heç bir neqativ halla rastlaşmadıqlarını dedilər". İmaməli İmaməliyev bir neçə məntəqədə avropalı müşahidəçilərlə də təmasda olduqlarını deyib: "Söhbət zamanı avropalı həmkarlarımız da seçki prosesindən razı qaldıqlarını dedilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00