Ramiz Mehdiyev: “Seçicilərin iştirakını yüksək dəyərləndirirəm”

"Seçicilərin iştirakını yüksək dəyərləndirirəm, saat üçə qədər təxminən 43 faiz seçici səs verib".  Secki-2015.az saytının xəbərinə görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev belə deyib. O bildirib ki, səsvermə zamanı heç bir insident baş verməyib. İnsanlar öz xoşları ilə istədikləri namizədə səs verirlər. Beynəlxalq təşkilatların bəzilərinin seçkilərdə iştirak etməməsi ilə bağlı Prezident Administrasiyasının rəhbəri bildirib ki, o təşkilatlara müraciət edilmişdi: "Onlar özləri artıq qərar veriblər, gəlmirlər. Bu, ikili standartın ən bariz nümunəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00