Maltalı parlamentari: "Seçici aktivliyinin şahidi olduq"
1 Noyabr 2015 19:02 SiyasətPaytaxt Bakıda 3-cü dəfə səfərdə olan Malta Parlamentinin üzvü Frederik Azzopardi də seçki təəssüratlarını Secki-2015.az saytına bölüşüb. Seçki məntəqələrindəki müşahidələrindən danışan Frederik Azzopardi qeyd edib ki, insanlar məntəqələrə gələrək azad şəkildə səs verirlər: "Məntəqələrdə insanların səsverməsi üçün bütün şərait yaradılıb. Onlara heç bir əngəl yaradılmır". Seçici aktivliyinə toxunan parlamentari bildirib ki, o, tezdən seçki məntəqəsində olarkən, artıq 30 faiz seçicinin səsvermədə iştirak etdiyinin şahidi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00