Kristofer Bado: Seçki prosesi yaxşı təşkil olunub

"Ölkənizdə keçirilən seçkilərdə hamı məmnuniyyətlə iştirak edir. Görünür ki, seçki prosesi yaxşı təşkil olunub. Qeydiyyat-yoxlama prosesi təkrar səsvermənin qarşısını almaq üçün effektivdir". Bu barədə fikirləri Secki-2015.az saytına açıqlamasında ABŞ-dan olan müşahidəçi Kristofer Bado bildirib. O, seçicilərin fəallığına da münasibət bildirib. Qeyd edib ki, seçicilərin məntəqələrə davamlı gəlişi hiss olunur: "Mən 2013-cü ildə prezident seçkilərində də müşahidəçi kimi iştirak etmişəm. İndi də həmin missiyanı yerinə yetirirəm. Ümumən seçkinin gedişini normal qiymətləndirmək olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00