MDB müşahidəçisi: “Seçkilərin şəffaf keçirilməsi üçün hər şey edilib”

"Azərbaycanda parlament seçkiləri sakit vəziyyətdə keçir". Secki-2015.az saytı xəbər verir ki, bu barədə MDB müşahidə missiyasının tərkibində parlament seçkilərini izləyən Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Kazbek Taysayev deyib. Onun sözlərinə görə, seçkilər şəffaf şəkildə keçirilir: "Mərkəzi Seçki Komissiyası əlindən gələni etdi ki, seçkilər şəffaf və mütəşəkkil şəkildə keçirilsin. Hazırda proses çox sakit vəziyyətdə davam edir". K. Taysayev seçici aktivliyinin müşahidə olunduğunu diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00