Almaniyalı müşahidəçi: “Heç bir pozuntuya rast gəlməmişik”
1 Noyabr 2015 18:35 Siyasət"İlk dəfədir müşahidəçi qismində seçkidə iştirak edirəm. Müşahidə etdiyim müddətdə gördüm ki, siz seçkilərə çox yaxşı hazırlaşmısınız". APA-nın şimal bürosunun xəbərinə görə, bu sözləri almaniyalı müşahidəçi Kristof Edvard deyib. O, Quba və Qusar rayonlarında 11 məntəqədə müşahidə apardıqlarını söyləyib: "Bütün məntəqələrdə xoş qarşılandıq. Bütün suallarımıza çox dəqiqliklə cavab verdilər". K. Edvard qeyd edib ki, müşahidə etdiyi məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00