Türkiyədə parlament seçkiləri başa çatdı

Türkiyədə təkrar parlament seçkiləri başa çatıb. Bu barədə Trend Türkiyənin Mərkəzi Seçki Komissiyasına istinadən məlumat verir. Türkiyədə siyasi partiyalara yerli vaxtla saat 22:00-dək seçkilərlə bağlı şərh vermək qadağan edilib. Seçkilərdə 16 siyasi partiya iştirak edib. Yerli vaxtla saat 08:00-də başlayan təkrar seçkilər saat 17:00-da başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00