“Exit-poll” nəticələrinin hesablandığı qərargahdan - Fotoreportaj
1 Noyabr 2015 17:38 Siyasət"Bu gün səhər saat 08:00-dan etibarən seçki məntəqələrində "exit-poll" tədqiqatına başlamışıq. Gün ərzində intervüerlər hər üç saatdan bir məlumatları Mərkəzin "Ambassador Hotel"dəki Qərargahında çalışan telefon operatorlarına ötürüblər. Həmin məlumatlar kompyuterlərə daxil edilir və işləniləndən sonra ictimaiyyətə açıqlanır". Bu barədə Secki-2015.az saytına açıqlamasında "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib. O, son məlumatların da mərkəzə daxil olub işlənməsindən sonra ilkin nəticələrin açıqlanacağını qeyd edib. Mərkəz rəhbəri onların fəaliyyətini hərtərəfli işıqlandıran, onlara dəstək verən bütün kütləvi informasiya vasitələrinə minnətdarlığını bildirib. O deyib ki, hər zaman olduğu kimi, "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin fəaliyyəti indi də şəffafdır və ictimaiyyətə açıqdır.