MSK: Saat 17:00-dək seçicilərin 50,1 faizi səs verib
1 Noyabr 2015 17:35 SiyasətBu gün Azərbaycan Milli Məclisə keçirilən seçkilərlə əlaqədar seçici fəallığı ilə bağlı növbəti rəsmi məlumat açıqlanıb. Secki-2015.az saytının məlumatına görə, MSK-nın İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 17:00-a qədər olan məlumata görə, respublika üzrə 2 milyon 605 min 948 seçici səs verib. Bu, 50,1 faiz seçici fəallığı deməkdir.
Qeyd edək ki, ölkə üzrə ümumi seçicilərin sayı 5 milyon 198 min 658 nəfərdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00