MDB İcraiyyə Komitəsi: Azərbaycanda seçkilərə ciddi hazırlıq görülüb
1 Noyabr 2015 16:52 SiyasətAzərbaycanda parlament seçkiləri yaxşı təşkil edilib. Bunu Trend-ə MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib aparatının rəhbəri Sergey Burutin deyib. S.Burutin bildirib: "Biz missiya üzrə həmkarlarımızla birlikdə Bakının müxtəlif məntəqələrində olduq. Regionlarda da missiyamız seçki prosesini izləyir". S.Burutinin sözlərinə görə, seçki məntəqələrində ixtisaslı, yaxşı hazırlaşmış insanlar işləyirlər, seçicilər isə yaxşı əhavl-ruhiyyə ilə səs vermədə iştirak edirlər. Komitə sədri əlavə edib ki, MDB müşahidəçilərinin məntəqələrdəki müşahidəçilərlə müzakirələrində kəskin iradlar səsləndirilməyib: "Əmin olduq ki, hər şey yaxşı təşkil olunub. Azərbaycanda seçkilərə ciddi hazırlıq görülüb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00