Nərimanovda seçki marafonu davam edir
1 Noyabr 2015 16:51 SiyasətAzərbaycanda V çağırış Milli Məclisə seçkilər davam edir. Bakı şəhərinin 19 saylı Nərimanov birinci seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesi qanunauyğun keçirilir. Seçki məntəqəsinin sədri Elsevər Orucov Seçki-2015.az saytına açıqlamasında deyib ki, saat 16:00 olan göstəricilərə görə, məntəqədə 400-ə yaxın seçici səsvermə hüququndan istifadə edib:" Prosesi 10-dan çox yerli müşahidəçi izləyib. Beynəlxalq müşahidəçilər məntəqədə monitorinq aparmayıblar. Seçkilər şəffaf keçirilir. Heç bir qanun pozuntusu baş verməyib. Ümumi seçki prosesini məntəqəyə quraşdırılan veb-kameradan da izləmək mümkündür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00