GUAM-ın baş katibi: Azərbaycandakı seçkilər beynəlxalq hüquq normalarına cavab verir
1 Noyabr 2015 16:48 SiyasətAzərbaycanda parlament seçkiləri beynəlxalq hüquq normalarına cavab verir. Secki-2015.az saytı xəbər verir ki, bu sözləri GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib. O qeyd edib ki, GUAM PA nümayəndələri Bakıda bir neçə seçki məntəqəsində səsvermənin gedişini müşahidə ediblər. V.Çeçelaşvilinin sözlərinə görə, Sumqayıt şəhərində də seçkilərin gedişini müşahidə edəcəklər. O bildirib ki, yerli müşahidəçilərin fəallıq göstərməsi çox vacibdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00