24 saylı Nizami birinci seçki dairəsində fəallıq müşahidə olunur

Paytaxtın müxtəlif rayonlarında səsvermə prosesi davam edir. Secki -2015.az saytı xəbər verir ki, Bakının Nizami rayonunda da seçici aktivliyi müşahidə olunur. 24 saylı Nizami birinci seçki dairəsinin 13 saylı seçki məntəqəsinin sədri Şəlalə Mütəllimova səhər saatlarından başlayaraq seçicilərin səs vermək üçün məntəqəyə axışdığını bildirib. Onun sözlərinə görə, məntəqə üzrə qeydiyyatda olan seçicilərin sayı 972 nəfərdir: "Məntəqədə 13 müşahidəçi var. İndiyə qədər heç bir problem yaşanmayıb. Seçicilər aktiv şəkildə səsvermədə iştirak edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00