Xaçmazda seçici aktivliyi yüksəkdir

Xaçmaz rayonunda seçici aktivliyi müşahidə olunur. 55 saylı Xaçmaz şəhər seçki dairəsinin sədri Bəhram Ömərov Secki-2015.az saytına açıqlamasında bildirib ki, indiyə qədər seçicilərin 29,5 faizi səsvermədə iştirak edib: "Dairə üzrə 43743 seçici var. Hər bir seçicinin seçki hüququndan istifadə etməsi üçü bütün şərait yaradılıb. İndiyə qədər heç bir problem qeydə alınmayıb". 56 saylı Xaçmaz kənd seçki dairəsinin sədri Zöhrab Səfərov da bildirib ki, seçici fəallığı müşahidə edilir: "45902 seçicimiz var. İndiyə qədər onlardan 20708-i səsvermədə iştirak edib. Bu da ümumi seçici sayının 45,1 faizidir". Dairə seçki komissiyasının sədri qeyd edib ki, indiyə qədər heç bir problem yaşanmayıb: "Seçicilərin səsvermə ilə bağlı məlumat azlığı olur ki, bunu da yerində həll edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00