124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsində seçkiləri 830 müşahidəçi izləyir
1 Noyabr 2015 16:04 Siyasət124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsində mövcud 82 seçki məntəqəsindən 21-i Bakı şəhərində yerləşir. Dairə üzrə ümumilikdə 42 min 999 seçici qeydə alınıb. Secki-2015.az saytı xəbər verir ki, dairənin 4 məntəqəsində "exit-poll" keçirilir. Dairə üzrə 6 namizəd qeydə alınıb. Seçki prosesinin normal qaydada davam etdiyini söyləyən DSK sədri Vahid Abbasov vurğulayıb ki, seçkilərin gedişini 820 yerli və 10 beynəlxalq müşahidəçi izləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00