Xorvatiyalı müşahidəçi: "Azərbaycandakı seçkiləri izləməkdən çox şadam"

"Bu, mənim Bakıya ilk səfərimdir. Biz 6 məntəqəyə baş çəkmişik. Hər şey yaxşıdır. İnsanlar seçkilərdə fəallıq nümayiş etdirirlər. Seçki prosesi qaydalara uyğun davam edir. Azərbaycandakı seçkiləri izləməkdən çox şadam". Bu barədə Seçki-2015.az saytına açıqlamasında Xorvatiyanı təmsil edən müşahidəçi Sabic Mirza bildirib.

O, seçicilərin fəallığından da söhbət açıb. Sabic Mirza vurğulayıb ki,  Azərbaycanda insanların seçkiyə marağı kifayət qədərdir: " İnsanlarınız nəzakətlidirlər. Məntəqələrdəki müşahidəçilər qaydalara riayət edirlər. Ümumilikdə, hər şey normaldır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00