“İhlas” xəbər agentliyi: “Azərbaycanda seçkilər demokratik şəkildə keçirilir”

Türkiyənin "İhlas" xəbər agentliyi (İHA) Azərbaycanda keçirilən parlament seçkilərindən yazıb. Secki-2015.az saytı xəbər verir ki, agentlik səsvermə prosesi ilə bağlı seçicilərin fikirlərini öyrənib. Azərbaycan vətəndaşı Könül Atakişiyeva seçkilərin demokratik şəkildə keçirildiyini deyib. Fuad Məhərrəmov adlı digər vətəndaş isə səsvermə prosesindən razı qaldığını bildirib.

İHA qeyd edir ki, Milli Məclisə 125 yer üzrə 767 namizəd mübarizə aparır. Ölkə üzrə 5 milyondan artıq seçici var. Azərbaycanda seçkiləri 40 beynəlxalq təşkilatdan 500-dən artıq müşahidəçi izləyir. Seçkilərin ilkin nəticələrinin gecə saatlarında açıqlanacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00