MDB müşahidə missiyası: Azərbaycanda seçki prosesi normal şəraitdə davam edir
1 Noyabr 2015 15:27 SiyasətSeçkilər normal gedir və heç bir qanun pozuntusu ilə rastlaşmamışıq. Secki-2015.az saytı xəbər verir ki, bu barədə İTAR-TASS informasiya agentliyinə MDB müşahidə missiyasının rəhbəri Yevgeni Sloboda danışıb. O bildirib ki, Azərbaycanda seçki prosesi normal şəraitdə davam edir: Səsvermə çox sakit və fəal şəkildə həyata keçirilir. Müşahidə missiyasının rəhbəri söyləyib ki, hüquq mühafizə orqanlarının əməkdaşları məntəqələrdən kənarda dayanıblar və onlar səsvermə prosesinə müdaxilə etmirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00