“ELS” Müstəqil Araşdırmalar Mərkəzi: "Exit-poll" normal rejimdə davam edir

"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin noyabrın 1-də parlament seçkilərilə bağlı keçirdiyi "exit-poll" tədqiqatları normal rejimdə davam edir. Bu barədə Seçki-2015.az saytına açıqlamasında mərkəzin rəhbəri İradə Yaqubova məlumat verib. Bildirib ki, Mərkəzin təcrübəli əməkdaşları 118 dairə üzrə 1180 məntəqədə exit-poll tədqiqatı aparır. "Səhər saat 8-dən bizim intervuyerlərimiz seçki məntəqələrinin çıxışında işləyirlər. Biz artıq 2 dəfə məlumat açıqlamışıq",- deyə mərkəz rəhbəri bildirib. Onun sözlərinə görə, sorğu zamanı ciddi problem aşkarlanmayıb:"Havanın yağmurlu olmasına baxmayaraq, seçicilər "exit-poll" sorğusunda fəal iştirak edirlər. Bu seçikləri əvvəlkilərindən fərqləndirən könüllülərin çox olmasıdır" "Exit-poll" sorğusunun nəticələri seçki başa çatdıqdan yarım saat sonra, saat 19-30-da açıqlanacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00