Şəkidə məskunlaşan məcburi köçkünlər də seçkilərdə iştirak edib VIDEO
1 Noyabr 2015 14:50 SiyasətMəcburi köçkünlər üçün rayonda 5 seçki məntəqəsi müəyyən edilib. Onlardan 4-ü Şəki şəhərində Yeni Çələbixan qəsəbəsi orta məktəbində yerləşən 97,120, 121, 124 saylı seçki dairələridir. Secki-2015.az saytı xəbər verir ki, ümumilikdə Ağdam, Laçın, Cəbrayıl, Qubadlı, Şuşa, Xocalı, Xocavənd rayonlarından olan məcburi köçkünlər səsvermədə iştirak edirlər. Seçici fəallığının orta olduğu məntəqə dairələrində ümumilikdə 2162 nəfər seçici qeydə alınıb. Son məlumatlara əsasən seçkilər tam olaraq şəffaf formada keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00