Litvalı müşahidəçilər: “Şirvanda səsvermə normal keçir”
1 Noyabr 2015 14:35 SiyasətBeynəlxalq müşahidəçilər Şirvanda seçkilərin normal keçdiyini bəyan ediblər. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 46 saylı Şirvan seçki dairəsinin ərazisində seçkiləri Avropa İttifaqının müşahidəçiləri - litvalı Povelas Jaqunisla Virginijus Siksnis və MDB müşahidə missiyasının üzvü Qalina Valeyeva müşahidə ediblər. Günorta saatlarınadək Avropa İttifaqının müşahidəçiləri 6 məntəqədə, MDB müşahidə missiyasının üzvü isə 10 məntəqədə olub. APA-ya açıqlama verən müşahidəçilər seçkilərin normal keçdiyini və pozuntu hallarının olmadığını bildiriblər. Onlar həmçinin seçkilərin yaxşı təşkil olunduğunu və seçici fəallığının yüksək olduğunu qeyd ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00