Oğuzda seçici aktivliyi müşahidə edilir

Respublika ərazisində seçkilər prosesi davam edir. Hər yerdə olduğu kimi Oğuz rayonunda yerləşən məntəqələrdə də aktivlik müşahidə edilir. Secki-2015.az saytı xəbər verir ki, 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin Oğuz şəhərində yerləşən 31 saylı seçki məntəqəsində səhər saatlarından fəallıq müsahidə  olunur. Məntəqə sədrinin verdiyi məlumata əsasən, ümumilikdə 1447 nəfər səs vermək üçün qeydiyyatdan keçib. Həmçinin Oğuz şəhərində yerləşən 32 saylı seçki məntəqəsində ümumilikdə 934 nəfər səsvermə hüququna malikdir. Adıçəkilən məntəqələrin heç birində qanun pozuntusu qeydə alınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00