Estoniyalı müşahidəçi: “Vaxt keçdikcə Azərbaycanda seçki prosesi daha da mükəmməlləşir”
1 Noyabr 2015 14:17 Siyasət"Bu seçki Azərbaycan üçün çox önəmlidir. Biz bu prosesi yaxından izləyirik. Hesab edirəm ki, seçki prosesi kifayət qədər yaxşı təşkil olunub". Bunu estoniyalı müşahidəçi Uno Silberq deyib. Seçici fəallığının kifayət qədər yüksək olduğunu bildirən müşahidəçi bildirib ki, ünsiyyətdə olduğu seçicilərin əksəriyyəti seçki kampaniyasının ədalətli təşkil edildiyini bildirib. O qeyd edib ki, müxtəlif siyasətçilər bu prosesdə bərabər rəqabət aparırlar. "Seçki proseslərini izləmək üçün bir neçə dəfə Bakıda səfərdə olmuşam. Düşünürəm ki, burada seçki prosesi vaxt keçdikcə daha da mükəmməll olur. İnanıram ki, ölkənizdə demokratiya yaxşı səviyyədədir", - deyə U. Silberq vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00